Ukrayna, Belerus vokal ustaları Opera Teatrında

Martın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan, Ukrayna və Belarusun vokal ustalarının birgə iştirakı ilə görkəmli italyan bəstəkarı Cakomo Puççininin "Madam Batterflyay" operasının tamaşası keçiriləcəkdir.

Olaylar.az bildirir ki, tamaşada əsas partiyanı Çio-Çio-San rolunu ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Tatyana Qavrilova dəvət olunmuşdur. T.Qavrilova Çio-Çio-San partiyasının ən yaxşı ifaçılarından biri sayılır.

Şarples rolunda Ukrayna Milli operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin çıxış edəcəkdir.

Tamaşada həmçinin Azərbaycanın Əməkdar artistləri Fərid Əliyev (Pinkerton), Səbinə Vahabzadə (Süzuki), Əliəhməd İbrahimov (Qoro) və b. çıxış edəcəklər.

Opera tamaşasının dirijoru Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlovdur

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR