“Yeni nəsil” layihəsi davam edir - Muğam Mərkəzində

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbələri tərəfindən ("Sabah" qrupu) hazırlanmış Mirzə Fətəli Axundzadə "Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" tamaşası nümayiş olunub. Tamaşa Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" birgə layihəsi çərçivəsində reallaşıb.

Bu tamaşanın səhnəyə qoyulmasında məqsəd gənc nəslə müasir dövrə uyğun şəkildə, yeni formatda M.F.Axundzadənin yaradıcılığını çatdırmaqdır.

"Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" tamaşasında Hətəmxan ağanı-Ruslan İsmayılov, Şəhribanunu-Xədicə Məmmədova, Gülçöhrəni - Anaxanım Sultanova, Şahbaz bəyi - Corc Qafarov, Xanpərini- Susanə Məmmədova, Müsyo Jordanı-Məhəmməd Musayev, dərviş Məstəli şahı- Hilal Dəmirov, Qulaməlini- Hüseynağa Aslanov, Şərəfnisəni isə - Qönçə Vəliyeva (ADPU-nun tələbəsi) oynayıblar.

Tamaşanın quruluşçu rejissoru, kurs rəhbəri, Əməkdar Artist Nofəl Vəliyevdir.

Komediyadakı obrazları canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri, əsərin məzmununa uyğun qurulan dekorasiyalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR