Aktyor “Dram artistləri oxuyur” layihəsində

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kalmık Milli Dram Teatrının həyata keçirdiyi "Dram artistləri oxuyur" adlı yeni teatr layihəsində iştirak etmək üçün Elista şəhərinə yola düşüb. Kalmık xalqının milli bayramı olan "Çaqan Sar" münasibətilə təşkil ediləcək konsert proqramında aktyorun ifasında yalnız kalmık və azərbaycan dilində mahnılar səslənəcəkdir.

Qeyd edək ki, 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırıllb. İ.Əsədov 2016-cı il mart ayının 8-də Kalmıkiyanın paytaxtı Elista şəhərində Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert proqramı ilə çıxış etmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR