Gənc Tamaşaçılar Teatrının tamaşası Rusiyanın məşhur teatr jurnalında

Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının "Strastnoy bulvar 10" jurnalında Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən "Keyeda" uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalına həsr edilən məqalə dərc edilmişdir. Xəbər verdiyimiz kimi oktyabrın 1-dən 5-ə dək keçirilən Beynəlxalq Festivalda ölkəmiz ADGTT-nın hazırladığı A.Şaiqin "Tıq-tıq xanım" tamaşası ilə təmsil olunmuşdu. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival və tədbir çərçivəsində nümayiş olunan tamaşalar haqqında geniş şərhlərdən ibarət olan məqalədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının festivalda iştirakı və təqdim etdiyi tamaşa haqqında müsbət rəylər yazılmışdır. Yazıda B.Basqanov adına Kalmık Milli Dram Teatrı ilə ADGTT-nın yaradıcılıq əlaqələri, aktyorlarımız Elnur Kərimov, Günel Məmmədovanın tamaşada xüsusi aktyor tapıntıları və tamaşaçı simpatiyası qazanmaları, Xalq artisti Ağaxan Salmanlının oyunu və rejissor kimi bacarığı, həmçinin tamaşada rol alan aktyorlarımız İlham Əsədov, Elnur Hüseynov, Müşfiq Əliyev, Elşən Şıxəliyev, Aygün Fətullayevanın yaratdıqları obrazlar yüksək dəyərləndirilmişdir. Məqalədə vurğulanmışdır ki, aktyorların mükəmməl oyun bacarıqları, səhnədə yüksək sənətkarlıq nümayiş etdirmələri tamaşaya xüsusi hiss və enerji bəxş etmişdir.

Festivalda nümayiş olunan A.Şaiqin "Tıq-tıq" tamaşası isə xüsusi diploma layiq görülüb.

Məqalə ilə ətraflı şəkildə aşağıdakı linkdə tanış ola bilərsiniz http://strast10.ru/node/4463

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR