"Ezop" SABAH qrupunun ifasında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti  SABAH qrupu - Aktyor sənəti ixtisası  üzrə təhsil alan IV kurs tələbələrinin ifasında Gilyermo Fiqeyredonun "Ezop" qəhrəmanlıq komediyası nümayiş olunub.  İstedadlı, obraza, əsərə xüsusi münasibəti ilə seçilən tələbələr  Əməkdar artist, rejissor Nofəl Vəliyevin rəhbərliyi ilə bu dəfə də uğurlu iş ərsəyə gətirib.  Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, SABAH mərkəzinin rəhbəri isə Böyükxanım Məmmədbəyovadır.  Anşlaqla keçən səhnə əsərində Ezop obrazını -Hilal Dəmirov,  Kleyanı-Sevgin Rzayeva, Ksanfı-Corc Qafarov, Melitanı - Könül Ələkbərova, Kapitanı -Orxan İsgəndərli, Həbəşi isə -Məhəmməd Musayev canlandırıb. Tamaşanın musiqisi isə Cahangir Zülfüqarova aiddir.  

Qeyd edək ki, yüksək səviyyədə hazırlanan tamaşa fevral ayının 12-i  19.00 -da Beynəlxalq Muğam mərkəzində bir daha nümayiş olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR