Qara Qarayevin "Qoyya" baletinin möhtəşəm premyerası

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarlar Qara Qarayev və Fərəc Qarayevin "Qoyya" baletinin premyerası baş tutub. Tamaşa dahi bəstəkar Q.Qarayevin 100 illik yubileyinə həsr olunub.

Avropanın bir sıra ölkələrindəki qabaqcıl teatrlarda müxtəlif balet tamaşalarına uğurlu quruluşlar verən Vasili Medvedyevin xoreoqrafiyası əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppası solistlərinin mükəmməl çıxışlarını tamaşaçılar heyranlıqla izlədilər. Teatrın simfonik orkestrinin parlaq çıxışı, istedadlı skripkaçı Rövşən Əmrahovun solo ifası, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbəri olduğu xor kollektivinin tamaşa boyu professional çıxışı da hər cür tərifə layiq idi.

Aparıcı solist Anar Mikayılov (Qoyya), Əməkdar artistlər Nigar İbrahimova (Koetana Alba) və Makar Ferştandt (İnkvizitor), balet artistlərinin Almaniyada keçirilən beynəlxalq müsabiqəsinin bürünc mükafatçısı Ayan Eyvazova (Kraliça) və truppanın digər artistləri uğurla çıxış ediblər.

Qeyd edək ki, martın 3-də "Qoyya"nın ikinci tamaşası  nümayiş olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR