Gənc rejissor mükafatlandırıldı

Akademik Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli teatr sahəsindəki uğurlu fəaliyyətinə görə "Gənclər mükafatı"na layiq görülüb. Fevralın 2-də "Buta Palace"da Gənclər günü münasibətilə keçirilən tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gənclər və idman naziri Azad Rəhimov və digər dövlət, hökumət nümayəndələri iştirak edib.
Olaylar.az bildirir ki, tədbirdə Gənclər və İdman Nazirliyi təhsil, elm və mədəniyyət sahələrində fəallığı ilə seçilən gəncləri, o cümlədən Əlif Cahangirlini mükafatlandırıb.
Bir neçə dəfə Moskvada Çexov festivalı ərəfəsində Rusiyanın tanınmış rejissorlarından ustad dərsləri alıb. Əlif Cahangirli 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor kimi fəaliyyətə başlayıb. O, bu teatrda Xalq artisti Azər Paşa Nemətovun rəhbərliyi altında rejissor Anar Babalı ilə birlikdə Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Almaz" tamaşalarını, daha sonra müstəqil şəkildə uşaqlar üçün "Buzlar ölkəsi" və Coni Rodarinin məşhur "Çipollino" nağılını tamaşaya hazırlayıb.
Ə. Cahangirli hazırda Akademik Milli Dram Teatrında yeni yaradılan Abbas Mirzə Şərifzadə adına səhnədə yazıçı-dramaturq Kamal Abdullanın "Bir,iki, bizimki..." və Miro Hovranın "Arvadımın əri" pyeslərini tamaşaya hazırlayır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR