Gənclər günü ərəfəsində teatrda  görüş 

2 fevral Gənclər günü ərəfəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun üzvlərinin iştirakı ilə "Ağ ölüm" tamaşasını təqdim edilib.

Olaylar.az bildirir ki, tamaşadan öncə idarənin məsul işçisi Raqif Allahverdiyev və ADGTT-nın gənclərlə və yeniyetmələrlə iş üzrə pedaqoq-təşkilatçısı, Əməkdar artist Ötkəm İsgəndərov çıxış edərək bildirdilər ki, müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadı.  Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırmışdı.

Tamaşanın quruluşçu rejissoru Ayla Həşımovadır. Rollarda Əməkdar artist Nübar Novruzova, aktyorlar Manaf Dadaşov, Anar Seyfullayev , Anar Səfiyev və teatrın digər aktyorları rol alıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR