“Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olacaq

Yanvarın 16 - da Nizami Kino Mərkəzində saat 19:00 -da Rza Rzayevin ssenaristi və quruluşçu rejissoru olduğu ilk ekran işinin - "Geyilməmiş ayaqqabılar" filminin təqdimatı olacaq. Bununla bağlı rejissor Rza Rzayev öz fikirlərini bölüşüb. O, "Geyilməmiş Ayaqqabılar" filmi haqqında yazan mətbuat işçilərinə və Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə təşəkkür edib:

"Filmin ictimaiyyət üçün təqdimatında o zaman problemlər yaranmışdı. Çünki bəzi kinoteatrlar ilə anlaşa bilməmişdik və filmdə çalışan xarici ölkə vətəndaşlarının ölkəmizə dəvətində maddidən çox mənəvi və psixoloji məsələlər var idi. Bu barədə ətraflı müsahibələrimdə danışmışam. Mətbuat üçün təqdimatdan sonra tanınmış jurnalist Günay Arda AzVision.az saytında yaradıcı heyətdən xəbərsiz Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə mətbuat vasitəsilə filmin kinoteatrlarda göstərilməsi və xarici sənət insanlarının təqdimatda iştirakının təmin edilməsi üçün müraciət etmişdi. Müraciətdən az keçmiş nazirliyə dəvət olundum və məsul şəxslər ən üst səviyyədə bizi qarşılayıb söhbət etdilər, istəklərimizi dinlədilər, filmin göstərilməsini və qonaqların dəvət olunmasını təmin edəcəklərini söylədilər. Artıq "Geyilməmiş ayaqqabılar" filminin yanvar ayının 16-da saat 19:00-da Nizami Kino Mərkəzində ictimaiyyət üçün böyük təqdimatı olacaq. Bu diqqətə görə Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə və AzVision.az saytına yaradıcı heyət adından öz təşəkkürümüzü bildiririk".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR