Teatr universitetin qonağı olacaq

Dekabrın 30 - da Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi yeni il ərəfəsində Bakı Dövlət Universitetinin qonağı olacaq.

Olaylar.az bildirir ki, teatrın yaradıcı heyəti Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni-2018-ci il münasibəti ilə BDU-nun professor və müəllim heyətinin övladları və nəvələri üçün  "Qoğalın yeni il sərgüzəştləri" adlı nağıl tamaşasını ölkənin ən qabaqcıl ali təhsil ocağının böyük salonunda nümayiş etdirəcək.

Tamaşanın səhnə redaksiyasının müəllifi Pərvin, quruluşçu rejissoru, Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Əsas obrazları teatrın istedadlı aktyorları Anar Seyfullayev, Ramil Məmmədov, Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Asya Atakişiyeva, Elşən Şıxəliyev və başqaları ifa edəcəklər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR