Qara Qarayevin 100 illiyi - "Qoyya" baleti 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Qara Qarayev və Əməkdar incəsənət xadimi bəstəkar Fərəc Qarayevin musiqisi əsasında "Qoyya" baletinin quruluş verilir.

Olaylar.az bildirir ki, tamaşanın quruluşu Qara Qarayevin 100 illik yubileyinə həsr olunub. Premyera tamaşası 2018-ci il fevralın 3-də keçiriləcək. Opera və Balet Teatrının rəhbərliyi tamaşanın quruluşunu həyata keçirmək üçün mədəniyyət xadimlərindən ibarət beynəlmiləl yaradıcı heyət dəvət edilib.

Baletin quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar artisti, Sankt-Peterburq "Dance Opera" balet festivalın bədii rəhbəri, YUNESKO yanında Beynəlxalq Rəqs Şurasının üzvü, Beynəlxalq Marius Petipa irsi fondunun prezidenti Vasili Medvedyevin quruluş verdiyi tamaşalar hazırda dünyanın qabaqcıl opera və balet teatrlarının səhnələrində böyük uğurla nümayiş olunur. Tamaşanın quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının akademiki, Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji, libretto müəllifi türkiyəli yazıçı Yana Temiz, xormeysteri Azərbaycanın Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Tamaşada əsas rolları Azərbaycanın Xalq artisti Kamilla Hüseynova, Əməkdar artistlər Nigar İbrahimova və Makar Ferştandt, aparıcı solistlər Anar Mikayılov və Cəmilə Kərimova ifa edəcəklər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR