“Kamança” pyesi səhnələşdirilib

Dekabrın 20-də Azərbaycan Dillər Universitetində  görkəmli dramaturq, böyük ədib Cəlil Məmmədquluzadənin "Kamança" pyesi səhnələşdirilib.

Səadət Nəbiyevanın rejissorluğu ilə baş tutan tamaşanın universitetin tələbələri canlandırıb. Tamaşanın sonunda pyesin insanlara çatdırmaq istədiyi humanistlik ideyası indiki dövrümüzün aktual məsələsi olan multikulturalizm ilə uzlaşdırılıb. Sonda tələbələri müxtəlif dillərdə multikultural dəyərləri ifadə edən fikirlər söyləyib.

Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla əsərin səhnələşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. O, qeyd edib ki, tələbələrin ifasında nümayiş olunan tamaşa Azərbaycan xalqının başına gələn müsibətlərin, ağrıların cavabı ola biləcək aksiyadır. "Kamança"nı pyes deyil, həyat tərzi kimi qiymətləndirən K.Abdulla bu əsərin azərbaycanlının ən ağır məqamlarda belə dünyaya baxışının göstəricisi və simvolu olduğunu deyib. 

Xalqın multikultural dəyərlərə sahib olmağı, bu cür davranmağı miras kimi öz əcdadlarından aldığını deyən rektor K.Abdulla "Kamança" pyesinin bu gün də son dərəcə aktual olduğunu, insanlara çox şey öyrətdiyini deyib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR