"Hörümçək adam" Gənc Tamaşaçılarda

Yeni ilin ilk günlərində Gənc Tamaşaçılar Teatrının "Hörümçək adam" səhnəsində uşaqlarla görüşə gələcək. Olaylar.az bildirir ki, Gənc Tamaşaçılar Teatrı öz azyaşlı tamaşaçılarını və məktəbli dostlarını əyləncəli, surprizlərlə dolu maraqlı yeni il tamaşası ilə qarşılayacaq. Məktəblilərin qış tətili günlərində teatr sevimli uşaqların görüşünə Sten Linin "Hörümçək adam " tamaşasını tam fərqli formatda təqdim ediləcək. 

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, səhnə plastikası Ceyhun Dadaşov, musiqi tərtibatı İradə Muradova, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları teatrın istedadlı aktyorlarından Əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcəklər.

Tamaşanın premyerası bu ilin dekabr ayının 28-də saat 12:00, 14:00, 16:00- da baş tutacaqdır. Yeni il proqramı 28 dekabr - 7 yanvar tarixlərinədək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR