Məşhur aktyor kinostudiyanın direktoruna ÜSYAN ETDİ: “Adamını tanı. Ağıllı ol"

Məşhur aktyor Hikmət Rəhimov Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru Müşfiq Hətəmov haqqında sosial şəbəkədən etdiyi paylaşım hər kəsin diqqətinə səbəb olub. Belə ki, Hikmət Rəhimov Türkiyədə keçirilən 5-ci Antakya Beynəlxalq Film Festivalının mükafatlandırma mərasimində  Hikmət Rəhimov "Üçüncü günün adamı" filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında qalib olmuşdu. Aktyor paylaşımında Kinostudiyanın direktorunun bu haqda söylədiyi fikirlərə etiraz edib. Olaylar.az Hikmət Rəhimovun facebook sosial şəbəkəsində yazdığı statusu olduğu kimi təqdim edir:

"Bunu deməliyəm. Çünki, səhərə qədər yata bilməmişəm əsəbimdən.

Deməli, Kinostudiyanın direktoru Müşfiq Hətəmov deyir ki, Hikmətin aldığı mükafatı mən həll eləmişəm. Mən də sənə deyirəm ki, Hətəmov, tüpürüm o mükafata ki, onu sən mənə vermisən. Və orda burda başa vurursan. Rahar ol. Dilimə də gətirən deyiləm. Mənə ki, gic talış deyirsənee orda burda. Bil ki, Rusiyada göyərti satan talış sənin kimi Ağdamlıdan qat -qat qeyrətlidi. Səni ora qoyublar ki, işləməyə, daha mutilalığ etməyə yox. Adamını tanı. Ağıllı ol. Məni ətrafındakılarla səhv salma."

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR