Nodar Şaşıqoğlu xatırlanacaq

Dekabrın 19 - da Səməd Vurğun adına Rus Dram Teatrında Azərbaycanın dramatik teart və kino aktyoru, Azərbaycan və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlunun 90 illik yubileyi ilə bağlı xatirə gecəsi keçiriləcək.

Olaylar.az bildirir ki, xatirə gecəsində sənətkarın yaradıcıllıq xüsusiyyətlərindən danışılacaq, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq, eyni zamanda Azərbaycan teatr və kino tarixində özünəməxsus yer tutan Nodar Şaşıqoğlunun yaradıcıllığına həsr olunmuş fotosərgi də nümayiş olunacaq.

Qeyd edək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondunun, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR