Gənc Tamaşaçılar Teatrında yeni layihə -  “Monotamaşalar paradı”

Yanvarın 9 - dan 16 - na kimi  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "Kiçik səhnə"sində yeni , "Monotamaşalar paradı" adlı layihə təqdim olunacaq. Olaylar.az bildirir k, "Kiçik səhnə" də janr, mövzu baxımından bir-birindən maraqlı tamaşalarla aktyorlar öz məharətlərini göstərəcəklər. Layihə çərçivəsində aktyorlar dialoq üslubundan kənar monoloq janrında öz aktyorluq bacarıqlarını ortaya qoyacaqlar.

Qeyd etdiyimiz monotamaşaların bir neçəsi artıq dünyanın bir sıra ölkələrində nüfuzlu Beynəlxalq teatr festivallarında ölkəmizi uğurla təmsil edib, mükafatlara layiq görülmüşdür.

Teatr yanvarın 9-u Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə "Vurğuna vurğun gəlin", yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U. Luis "İstədiyim kimi yaşamışam", yanvarın 11-də Əməkdar artist Şövqi Hüseynovun ifasında N.V. Qoqoqlun " Dəlinin qeydləri", yanvarın 12-də Əməkdar artist Kəmalə Müzəffərin ifasında T. Vəliyevanın "Cəza", yanvarın 16-da Küşvər Şərifovanın ifasında R. Ağayevin "Sonluğun sonu", yanvarın 17-də Əməkdar artist Nofəl Vəliyevin ifasında F. Dostayevskinin "İdiot" və yanvarın 18-də Əməkdar artist Şövqi Hüseynovun ifasında P. Züskindin "Kontrabas" tamaşası ilə sevilən aktyorları öz tamaşaçıları ilə görüşdürəcək. Tamaşalar saat 19:00-da nümayiş olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR