Teatr direktoru  Beynəlxalq festivalda münsiflər heyyətində yer aldı

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək 36-cı Beynəlxalq Fəcr Teatr festivalına dəvət olunub. Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən Olaylar.az -a bildirlib ki, tanınmış rejissor və teatr xadimi dünyanın onlarla ölkəsinin təmsil olunduğu bu nüfuzlu festivalda ekspert kimi iştirak edəcək. Bu məqsədlə Ə. Lalayev 21 yanvar - 1 fevral 2018-ci il tarixlərində İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzinin rəsmi dəvəti ilə qonşu ölkəyə səfər edəcək. Artıq bir neçə dəfədir ki, dünyanın müxtəlif teatr və musiqili festivallarında münsif kimi iştirak edən Əliqismət Lalayev bu sənət yarışmasını teatr sahəsində ən maraqlı yarışmalardan biri kimi qiymətləndirir.

"Düşünürəm ki, bu dəvət dünyaca məşhur Beynəlxalq Fəcr Teatr festivalının təçşkilatçıları tərəfindən Azərbaycan teatrına göstərilən etimaddır, ümumilikdə teatr sənətimizə sevginin, rəğbətin təzahürüdür. Bundan öncəki - 35-ci Beynəlxalq Fəcr Teatr festivalında bizim Musiqili Teatr da iştirak edirdi. İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzi məhz o uğurlu çıxışın və ölkəmizin adına qazanılan qalibiyyətin nəticəsi olaraq bu dəfə məni belə bir nüfuzlu festivala ekspert qismində dəvət edib. Çaqlışacağam ki, bu dəfə də Azərbaycanı layiqincə təmsil edim", - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR