Aktyorlarımız festivalda qalib oldular

Türkiyədə keçirilən 5-ci Antakya Beynəlxalq Film Festivalının mükafatlandırma mərasimi keçirilib. Aktyorlarımız Hikmət Rəhimov və İlahə Həsənova festivalda mükafata layiq görülüblər.

Hikmət Rəhimov "Üçüncü günün adamı" filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında, aktrisa İlahə Həsənova isə "Nar bağı" filmindəki roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında qalib olublar.

Türkiyənin Hatay şəhərində keçirilən və ümumilikdə 95 filmin nümayiş olunduğu 5-ci Antakya Beynəlxalq Film Festivalında uzunmetrajlı, qısametrajlı və sənədli filmlər kateqoriyasında 10 ekran əsəri finalda yarışıb. "Üçüncü günün adamı" və "Nar bağı" filmləri festivalın uzunmetrajlı film müsabiqəsinə daxil edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR