Bülbülün 120 illik yubileyi – “Koroğlu” operası

Dekabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş olunacaq. Olaylar.az bildirir ki, tamaşa görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor Bülbülün 120 illik yubileyinə həsr olunub.

Böyük sənətkarın xatirəsinə həsr olunmuş tamaşada Koroğlu partiyasını Əməkdar artist Fərid Əliyev ifa edəcəkdir. Tamaşada həmçinin Əməkdar artistlər İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Əkrəm Poladov, Əliəhməd İbrahimov, Xalq artistləri Əli Əsgərov, Fidan Hacıyeva, Sabir Əliyev, solistlərdən Taleh Yahyayev, Tural Ağasıyev, Fəhmin Əhmədli çıxış edəcəklər.

Qeyd edək ki, tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR