Həftəsonu Gənc Tamaşaçılar Teatrında

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftə sonu öz tamaşaçıları və şəhərimizin qonaqları üçün maraqlı repertuar tərtib etmişdir. Hər zaman olduğu kimi teatr kiçik yaşlı tamaşaçıları sevindirməkdə davam edir. Kollektiv dekabrın 9-da saat 12:00 və 14:00-da P.Panço " Dörd əkizin nağılı", dekabrın 10-u eyni saatlarda Ş.Perro "Çəkməli pişik" tamaşalarını kiçik yaşlı tamaşaçılarına təqdim edəcək.

Teatrın axşam tamaşaları da zəngin və rəngarəngdir. Teatrsevərlər 9 və 10 dekabr tarixlərində öz istirahətlərini bütünlüklə teatrın kollektivinə etibar edə bilərlər. 9 dekabr saat 19:00-da ölməz Cəfər Cabbarlının "Aydın" tamaşası, 10 dekabr saat 19:00-da isə böyük Azərbaycan yazıçısı və dramaturqu, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndələrindən biri Hüseyn Cavidin "Şeyx Sənan" tamaşasını izləyə biləcəklər.

Tamaşalarda teatrın istedadlı aktyorları Əməkdar artistlər Leyli Vəliyeva, Vahid Əliyev, Elşən Rüstəmov, Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Nübar Novruzova, Rasim Cəfər, aktyorlar Anar Seyfullayev, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Asya Atakişiyeva, Elnur Hüseynov, Ədalət Əbdülsəməd, Şəbnəm Hüseynova, Anar Səfiyev, Ramil Məmmədov, Səbinə Məmmədova və b. ifa edəcəklər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR