YUĞ -da “Quş dili”

Dekabrın 7 -də  "YUĞ" Dövlət Teatrında "Quş dili" adlı yeni tamaşanın premyerası keçiriləcək. Olaylar.az bildirir ki,  Təranə Vahidin hekayələri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşanın məşqləri artıq yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Səhnə əsərində Əməkdar artist Yaqut Paşazadə, Humay mükafatı laureatı Qasım Nağı, aktyorlar Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və İlahə Məmmədzadə iştirak edir.

Tamaşada hadisə gözdən uzaq bir dağ kəndində baş verir. Nə baş verir? Bir gecə kəndə Əzrayıl gəlir - Əzrayılın gəlişi həmişə hadisədir... Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir... Qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən... aşkar sınağın mükafatı isə gizli gələr həmişə... Qoca bağban da həyatının ən ağır imtahanı ilə - ilk, məsum sevgisiylə sınanacaq...

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR