Filmlərimiz 5 – ci Antakya Beynəlxalq Film Festivalının final mərhələsində

Türkiyədə keçirilən 5 - ci Antakya Beynəlxalq Film Festivalının uzun metrajlı film müsabiqəsinin finalında Azərbaycandan "Nar bağı" və "Üçüncü günün adamı" filmləri mübarizə aparacaqlar.

Olayar.az bildirir ki, "Azərbaycanfilm" kinostudiyası və "Buta film" kino şirkətinin birgə istehsalı olan "Nar bağı" filminin quruluşçu rejissoru İlqar Nəcəf, filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar. 
"Azərbaycanfilm" kinostudiyası tərəfindən Babək Şirinsifətin rejissorluğu ilə çəkilən "Üçüncü günün adamı" filminin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa və Ayşad Məmmədov canlandırıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR