Musiqili Teatrda həftəsonu

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu beş tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, tamaşaçılar dekabrın 8, 9, 10 -da "Fransızsayağı qarnir", "Düyməcik", "Baladadaşın toy hamamı", "Qırmızıpapaq" və "Amerikalı kürəkən" tamaşalarını izləyə biləcək.

Təqdim olunacaq səhnə əsərlərində Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Səmayə Musayeva, Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Almaz Ələsgərova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Firuz Məmmədov, Məhərrəm Qurbanov, Marina Litvenenko və başqaları çıxış edəcək.

Teatr balaca və rusdilli tamaşaçılarına da maraqlı səhnə əsərləri izləmək imkanı yaradacaq. Belə ki, dekabrın 8-də "Fransızsayağı qarnir" ikihissəli komediya, dekabrın 9-da isə "Düyməcik" tamaşaları uşaqlar üçün rus dilində nümayiş olunacaq. Dekabrın 10-da "Qırmızıpapaq" musiqili nağıl-tamaşası Azərbaycan dilində nümayiş ediləcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət" mərkəzlərindən əldə etmək olar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR