Filmlərimiz İPƏK YOLU Beynəlxalq Film Festivalında

Mirbala Səlimlinin "Qırmızı bağ" və İlqar Safatın "İçəri şəhər" bədii filmləri Çində keçirilən 4-cü İPƏK YOLU Beynəlxalq Filım Festivalında nümayiş olunub.

Olaylar.az bildirir ki, "Azərbaycanfilm" kinostudiyası və Weit Media kino şirkəti tərəfindən birgə istehsal edilən "Qırmızı bağ" filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssam Leonid Karpov, bəstəkar Salman Qəmbərov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
Rollarda Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Badıyev və başqaları çəkiliblər.

"Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "İçəri şəhər" filminin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssam Bütünay Haqverdiyev, prodüseri Müşfiq Hətəmovdur.
Rolları Təhminə Rafaella, Mehriban Zəki, Firdovsi Atakişiyev,Elmira Şabanova və başqaları canlandırıb.
Filmi festivalda rejissor İlqar Safat və aktrisa Mehriban Zəki təmsil ediblər.

Qeyd edək ki, hər iki film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınmışdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR