Məşhur gürcü rejissorunun tamaşası Musiqili Teatrda

Noyabrın 14 - 15 tarixlərində Terrens Maknellinin "Mariya Kallas - Dərs" tamaşası dünya şöhrətli, məşhur gürcü rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın quruluşunda Musiqili Teatrında nümayiş olunacaq. Qurumun Mətbuat xidmətindən Olaylar.az - a verilən məlumata görə, tamaşaların nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri çərçivəsində baş tutacaq.  "Robert Sturua dünyada tanınan bir rejissordur. Belə bir məşhur rejissorun hazırladığı tamaşanın azərbaycanlı tamaşaçılara təqdim olunması çox təqdirəlayiq bir haldır. Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri həm də mədəniyyətlərarası dialoqun çox gözəl bir nümunəsidir. Bu qastrol səfəri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq", - deyə Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR