İranlı rejissorun “Tayson”u

İranlı rejissor Babək Şirinsifət  Azərbaycanda yeni filminin çəkilişlərini bitirmək üzrədi.  Bu haqda Olaylar.az - a filmin əsas qəhrəmanlarından biri olan Kamran Ağabalayev məlumat verib. Onun sözlərinə əsasən,  komediya janrında olan "Tayson" filminin çəkilişləri artıq  tamamlanmaq üzrədi. Filmin quruluşçu operatoru İranda yaşayan həmyerlimiz  Mehdi Pərizad, prodüsseri  İlham Qasımovdu.

Filmdə əsas rolları Kamran Ağabalayev, Elməddin Cəfərov, iranlı aktyor Əli Sadeghi, Zarina Qurbanova canlandırıblar. Elşən Orucov filmdə tamam fərqli xarakterdə tamaşaçıların qarşısına çıxacaq.

Qeyd edək ki, yaxın aylarda tamaşaçılara təqdim olunacaq "Tayson"nun İranda da nümayişi planlaşdırılır. Bundan əlavə, filmin "Fəcr" festivalında ölkəmizi təmsil edəcəyi gözlənilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR