Burak və Fəxriyyə Özçevitlər BAKIYA GƏLİR

Noyabrın 30 - da Park Cinema Flame Towers kinoteatrında "Kardeşim Benim 2" filminin qala gecəsi olacaq. Olaylar.az bildirir ki, qala gecədə Türkiyənin tanınmış aktyorları Burak Özçevit və xanımı Fəxriyyə Özçevit iştirak edəcəklər. Filmin premyerası AZERCELL IMAX zalı, həmçinin Park Cinema Flame Towers kinoteatrının digər zallarında da nümayiş olunacaq. Gecənin qonaqlarını seans öncəsi  cocktail-party və aktyorlar Burak Özçevit və Fəxriyyə Özçevitlə birgə film izləmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, sözügedən film 2016-cı ilin ən çox izlənilən filmləri siyahısında yer almış "Kardeşim Benim" filminin davamıdır. Filmin premyerasından sonrakı ilk həftədə filmi iki milyondan çox tamaşaçı izləmişdir.  İkinci hissədə də qardaşların sərgüzəştləri davam edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR