“Eşq-i Nigar”  tamaşasına ictimai baxış keçirildi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və  Bakı Yunis Əmrə İnstitutu birgə  türk dünyasının ortaq qəhrəmanı "Koroğlu" dastanının motivləri əsasında "Eşq-i Nigar" adlı tamaşa hazırlayır.

Olaylar.az bildirir ki, artıq "Eşq-i Nigar" tamaşasına ictimai baxış keçirilib. Tamaşada teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış ediblər.

Tamaşanın səhnə redaksiyasının müəllifi Amalya Ömərova, quruluşçu rejissoru Ayla Həşimova, plastik həlli Ceyhun Dadaşovdur.

Yeni layihə - tamaşa noyabr ayının 14-də saat 19:00-da ilk dəfə geniş ictimaiyyətə və teatrsevərlərə təqdim ediləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR