Həftəsonu Gənc Tamaşaçılar Teatrında 

Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  noyabrın 10-da saat 15:00-da gənclər üçün bəşəriyyətin bəlasına çevrilmiş narkomaniya əleyhinə "Ağ ölüm" (V.Siqarev) , 11 noyabrda saat 19:00-da dahi M.Füzulinin nakam eşq dastanı olan "Leyli və Məcnun" , 12 noyabr saat 19:00-da xalqımızın yaddaşında qanlı 20 Yanvar hadisəsi kimi yazılmış, azadlıq uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsinə yazıçı-dramaturq Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşalarını nümayiş etdirəcəkdir.

Teatr həmişə olduğu kimi bu dəfə də kiçik yaşlı tamaşaçılarını unutmayıb. Belə ki, kollektiv uşaqlar üçün noyabrın 11-də saat 12:00 və 14:00-da Pərvinin "Dəcəl keçi", 12-də ssat 12:00-da və 14:00-da "Qoğalın nağılı" tamaşalarını təqdim edəcəkdir.

Tamaşalarda teatrın tanınmış aktyorları Əməkdar artistlər Nofəl Vəliyev, Rahib Əliyev, Nəsibə Eldarova, Nübar Novruzova, Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Rasim Cəfər, aktyorlar Manaf Dadaşov, Vüsal Mehrəliyev, Anar Seyfullayev, Günül Məmmədova, Asya Atakişiyeva, Müşfiq Əliyev, Eşqin Quliyev, Səbinə Məmmədova, Bəhram Həsənov, Ramil Məmmədov, Mehriban Hüseynova, İlham Əsədov , Sona Babayeva, Ədalər Əbdülsəməd və başqaları yer alıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR