“Hacı Qara”- da yeniliklər olacaq

Noyabrın 9 - da Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası olacaq. Teatrın Mətbuat xidmətindən Olaylar.az - a bildirilib ki, dahi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" iki hissəli komediyası nümayiş olunacaq. Meydan üslubunda hazırlanan və bir sıra yeniliklərlə zəngin olan tamaşanın quruluşçu rejissoru Əməkdar artisti Loğman Kərimovdur. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur.

Tamaşada rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR