Gənc Tamaşaçılarda “Hörümçək adam”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır. Olaylar.az bildirir ki, kollektiv 2018-ci ilin tətil günlərində kiçik yaşlı tamaşaçılar üçün Sten Linin "Hörümçək adam " tamaşasını hazırlayır. 

" İnanıram ki, digər tamaşalarımız kimi bu tamaşa da bizim kiçik yaşlı tamaşaçılarımızda böyük maraqğa səbəb olacaq. Onlar hər il olduğu kimi bayram ovqatlarına xüsusi rəng qatan ADGTT-dan yüksək əhval ruhiyyə ilə gedəcəklər. Hesab edirəm ki, tamaşa həm uşaqlar həm də böyüklərə gözəl bayram hədiyyəsi olaraq onların sevincinə sevinc qatacaq"- deyə, teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhmzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, səhnə plastikası Ceyhun Dadaşov, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları teatrın istedadlı aktyorlarından Əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcəklər.

Qeyd edək ki, tamaşanın premyerası bu ilin dekabr ayının 29-da saat 12:00, 14:00, 16:00- da baş tutacaqdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR