Oskara namizəd olan filmimiz Los Ancelesdə nümayiş olundu

Los Ancelesdə keçirilən Asiya Dünya Film Festivalı çərçivəsində Azərbaycanın Oskar Mükafatına təqdim etdiyi "Nar bağı" filmi nümayiş etdirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Olaylar.az - a bildirilib ki, konsulluğun  dəstəyilə keçirilən filmin təqdimatından öncə çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycan kinematoqrafiyasının 1898-ci ildən başlayan tarixi, mövcud ənənələri haqqında məlumat verib və Azərbaycanın bu sahədə fəaliyyət göstərən ilk ölkələrdən olduğunu diqqətə çatdırıb. "Nar bağı" filmi haqqında danışan N.Ağayev ailə faciəsindən bəhs edən bu filmin gözəl sənət əsəri olduğunu bildirib.

Daha sonra Festivalın təsisçisi və icraçı direktoru Corc Şamşum çıxış edərək, Azərbaycan filminin Festival çərçivəsində iştirakından və Baş Konsulluqla əməkdaşlıqdan məmnun olduğunu bildirib.

Sonda Los Ancelesdə yaşayan və Azərbaycan icması fəallarından olan K. Məmmədova çıxış edərək, "Nar bağı" filmi və filmin rejissoru İlqar Nəcəf haqqında məlumat verib. Rejissor İ.Nəcəfin müraciətini tamaşaçılara çadırıb. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, ilk dəfə 2016 - cı ildə Asiya Dünya Film Festivalında Heydər Əliyev Fondunun vitse - prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu "Əli və Nino" filmi nümayiş olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR