İngilis dramaturqun əsəri Akademik Milli Dram Teatrında

Akademik Milli Dram Teatrında "Zorən şorgöz" tamaşası təqdim olunub. Teatrın mətbuat xidmətindən Olaylar - a verilən məlumata görə, ingilis dramaturqu Rey Kuninin "Kişi, qadın, pəncərə, meyit" əsəri əsasında hazırlanan iki hissəli komediyanın tərcüməçisi və quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada rolları əməkdar artistlər Nicat Kazımov, Aslan Şirin, Mehriban Xanlarova, Kazım Abdullayev, aktyorlar Rəşad Bəxtiyarov, Mətləb Abdullayev və Rövşən Kərimduxt, əməkdar artist Şəlalə Şahvələdqızı, aktyorlar Şəhla Əliqızı, Vüsal Mustafayev, Dilarə Nəzərova ifa edirlər.
Tamaşanı Dilbər İsmayılova idarə edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR