Şövqi Hüseynov “Aktyor sirri” adlı mədəni dialoq forumunda iştirak edib

Gənc Tamaşaçılar Teatrının kollektivi  Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən "Mariya" adlı Beynəlxalq mono tamaşalar festivalında iştirak edib. Olaylar bildirir ki, festivalda ölkəmizi ADGTT-nın aktyoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar artisti Şövqi Hüseynov P.Züskindin "Kontrabas" tamaşası ilə təmsil edərək festivalın diplomu ilə təltif edilib. Şövqi Hüseynov festival çərçivəsində təşkil edilən "Aktyor sirri" adlı mədəni dialoq forumunda da iştirak edib. O, seminarda "Azərbaycan teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının fəaliyyəti " mövzusunda məruzə ilə çıxış edib. Festivalda ölkəmizlə bərabər Polşadan, İspaniyadan, Ukraynadan, Slovakiyadan, Böyük Britaniyadan və Türkiyədən olan peşəkar teatrlar da iştirak edib.

"Kontrabas" tamaşasının nümayişindən sonra iştirakçı dövlətlərin festival rəhbərləri, Slovakiya və Polşalı həmkarlar ADGTT-nı öz ölkələrində keçirilən teatr bayramlarında görməkdən məmnunluqlarını ifadə ediblər. Hər iki respublikanın festival rəhbərləri ADGTT-nın kollektivini ölkələrində keçiriləcək növbəti festivallara dəvət ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR