“Tıq-tıq” festivalda uğurla çıxış edib

Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən "Keyeda" uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edib. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  keçirilən Beynəlxalq Festivalda teatr ölkəmizi A.Şaiqin "Tıq-tıq xanım" tamaşası ilə təmsil edib.

Olaylar bildirir ki, kollektiv festivaldan diplomlar və fəxri fərmanlarla geri dönüb. ADGTT-nın festivalda iştirak edən heyəti aktiv iştirakına, yüksək peşəkarlıq və yeniyetmələrlə peşəkar ünsiyyətə görə Elista şəhərinin Təhsil İdarəsinin Fəxri fərmanı, gənc nəslin təlim tərbiyəsində milli dəyərlərin yüksək səviyyədə qorunması və teatr sənətinin estetikasının düzgün çatdırılmasına görə Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb.

Festivalda nümayiş olunan A.Şaiqin "Tıq-tıq" tamaşası xüsusi diploma layiq görülüb.

Qeyd edək ki,  "Tıq-tıq" tamaşasının quruluşçu rejissoru Xalq Artisti, Prezident təqaüdçüsü Ağaxan Salmanlıdır. Tamaşada əsas rolları aktrisalar Günel Məmmədova, Aygün Fətullayeva, aktyorlar Elnur Hüseynov, Elnur Kərimov, İlham Əsədov, Müşfiq Əliyev, Elşən Şıxəliyev və Xalq Artisti Ağaxan Salmanlı ifa edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR