“Gün ərzində bütün seanslara və formatlara vahid qiymət tətbiq olunacaq” – Musa Axundov

Park Cinema kinoteatrlar şəbəkəsində "IMAX-da Super Gün" aksiyasına start verilir. Bu haqda Olaylar - a kinoteatrın marketinq üzrə direktoru Musa Axundov bildirib.

Onun sözlərinə görə, izləyicilər tərəfindən sevilən Azercell IMAX zalında artıq kino həvəskarları daha sərfəli qiymətə film izləyə biləcəklər. Belə ki, hər həftənin çərşənbə günü "Super Gün" elan olunur və gün ərzində bütün seanslara və formatlara vahid qiymət tətbiq olunacaq. Cəmi 6.90 AZN ödəməklə ölkənin ən böyük ekranında, güclü səs effektləri və real görüntü ilə film izləmək mümkün olcaq.

"Kino sevərlər IMAX formatında film izlərkən real həyatdan tamamən ayrılır və kinonu hiss edir. Belə ki, 40% daha artıq görüntü verən geniş ekran və mükəmməl səs effektləri sayəsində tamamən kinoya qərq olmaq mümkündür. IMAX fərqini görmək və hiss etmək istəyən kinomalar hər çərşənbə günü qonağımız ola bilərlər. Çünki, məhşur rejissor Kristofer Nolan demiş, "IMAX - kinotexnologiyanın qızıl standartıdır, dünyada buna bənzər heçnə yoxdur", deyə Musa Axundov bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR