Nodar Şaşıqoğlunun 90 illik yubileyi keçirilib

Oktyabrın 6-da Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlunun 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Olaylar bildirir ki, tədbirdə xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Aleksandr Şarovski, əməkdar artist Fuad Osmanov, Baş İdarənin əməkdaşları Pərvanə Muradzadə, Tomris Hacıyeva, Bilik Fondunun məsləhətçisi Ramilə Qurbanlı və digər qonaqlar iştirak ediblər.

Tədbir görkəmli aktyordan bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Teatr və kino aktyorları, sənətkarla bir səhnəni paylaşmış tərəf müqabilləri tədbirdə onun həyat və yaradıcılığı, peşəkarlığı haqqında söz açıb və öz xatirlərini bölüşüblər. Jurnalist-publisist R.Qurbanlı böyük sənətkarın milli kinomuzda buraxdığı əbədi izdən və onunla olan müsahibələrindən ətraflı danışıb.

Sonda söz musiqiyə verilib, Nodar Şaşıqoğlunun çəkildiyi, Tofiq Quliyevin bəstələdiyi "Telefonçu qız " filmindən "Bakı" mahnısı səsləndirilib.

Qeyd edək ki, ona böyük şöhrət gətirən "Uzaq sahillərdə" filmindəki Mixaylo - Mehdi Hüseynzadə obrazı olub. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR