"Blade Runner 2049" filmi Park Cinemada

Oktyabrın 5 - dən etibarən Park Cinema kinoteatrında  1:9:1 nisbətli xüsusi formatda təqdim olunan "Blade Runner" filmi nümayiş olunacaq.  Olaylar bildirir ki, "Blade Runner 2049" filmi tamamilə IMAX® formatına çevrilib: görüntü və səs keyfiyyəti müasir IMAX DMR® sayəsində xüsusilə adaptasiya edilib. IMAX zalının dəqiq konturları ilə vəhdət təşkil edən kristal şəffaflığında görüntü və güclü rəqəmsal səs - bütün bunlar izləyicini hadisələrin bir hissəsinə çevirir.

Birinci filmdəki hadisələrdən 30 il keçdikdən sonra Los-Ancelesdən olan polis Key (Rayan Qoslinq) gələcək cəmiyyətin quruluşu haqda məxfi məlumatlar aşkarlayır. Indi artıq o, 30 il bundan öncə itkin düşmüş Rik Dekardın (Harrison Ford) axtarışına başlamalıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR