Həftəsonu Gənc Tamaşaçılar Teatrında  

Həftəsonu  Gənc Tamaşaçılar Teatrı kiçik və böyük yaşlı tamaşaçıları üçün maraqlı, bir-birindən rəngarəng və məzmunlu tamaşalar təqdim edəcəkdir.

Olaylar bildirir ki, teatrda oktyabrın 7-də gündüz 1400-da məktəblilər Azərbaycan uşaq ədəbiyyatının banisi A.Şaiqin "Danışan gəlincik", 8-də K.Ağabalayevin "Şahzadə Xəzərin nağılı" tamaşalarını nümayiş etdirəcəkdir.

Teatr oktyabr ayının 7-də axşam saat 19:00-da İsveç dramaturqu L.Nurenin "Mən gəldim qızlar..." (Müharibə) , oktyabrın 8-də isə ölməz C.Cabbarlının "Aydın" tamaşaları ilə öz tamaşaçılarını sevindirəcəkdir.

Tamaşalarda əsas obrazları teatrın tanınmış və istedadlı aktyorları Əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfər, Leyli Vəliyeva, Elşən Rüstəmov, Nofəl Vəliyev, Gülər Nəbiyeva aktyorlar Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Manaf Dadaşov, Elnur Kərimov, Elşən Hacıbabayev, Güşvər Şərifova, Mehriban Hüseynova və başqaları ifa edəcəklər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR