"Ultimatum" adlı sənədli filmi təqdim olunacaq

Oktyabrın 4-də saat 11:00-da Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Prezidentinin QHT-na Dövlət Dəstəyi Şurasının Dəstəyi ilə Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi tərəfindən hazırlanmış "Milli-mənəvi dəyərimiz olan Azərbaycan odusunun ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda mübarizədə düşmən qarşısında yenilməzliyinin təbliği" adlı layihənin təqdimatı keçiriləcək.

Olaylar bildirir ki, tədbirdə İctimai Birlik tərəfindən hazırlanmış Azərbaycan ordusunun misilsiz qəhrəmanlığını özündə əks etdirən tarixi döyüşlərə həsr edilmiş eni 2 və uzunluğu 11metr olan rəsm əsərinin və həmin rəsm əsərində canlandırılan həmvətənlərimizin xilası uğrunda canlarını qurban verərək həlak olmuş Milli Ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan bəhs edən "Ultimatum" adlı sənədli filmin təqdimatı keçiriləcək.

Tədbirdə millət vəkillərinin, Azərbaycan Respublikası Prezidentinin İctimai-Siyasi məsələlər şöbəsinin, Veteran təşkilatlarının, Qarabağ müharibəsi veteranlarının, şəhər məktəblərinin, şəhər muzeylərinin və digər idarə və müəssisə nümayəndələrinin iştirakı gözlənilir.

Tədbir zamanı layihənin rəhbəri, Qarabağ və Əfqanistan müharibələrinin iştirakçısı, Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, "Qırmızı ulduz" ordenli e.o.polkovnik Əzizağa Qəni-zadənin, Azərbaycan Respublikası Prezidentinin İctimai-Siyasi Məsələlər şöbəsinin nümayəndəsi Rasim Mirzəyevin, 701 saylı hərbi hissənin veteranı e.o.polkovnik- leytenant İntiqam Mirzəyevin, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi Nuranə Nəcəfovanın və digər tədbir iştirakçılarının çıxışları dinləniləcək, müğənni Rəşad İsmayılın ifasında hərbi -vətənpərvərlik mahnıları səsləndiriləcəkdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR