Şövkət Məmmədovanın 120 illik yubileyi - Opera və Balet Teatrında

Oktyabrın 11-də Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata" operasının tamaşası nümayiş olunacaq. Olaylar bildirir ki, tamaşa Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunub. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.

Ölməz sənətkarın xatirəsinə həsr edilmiş tamaşada teatrın aparıcı solistləri -  əməkdar Artistlər İnarə Babayeva, Fərid Əliyev, Cahangir Qurbanov, Əkrəm Poladov, Xalq Artisti Əli Əsgərov  və gənc solist Nina Makarova çıxış edəcəklər.

Qeyd edək ki, vaxtilə Milanda və Kiyevdə peşəkar musiqi təhsili alan Şövkət xanım uzun illər Azərbaycan Opera və Balet Teatrının solisti olmuş və Teatrın səhnəsində bir çox parlaq obrazlar - Nərgiz ("Nərgiz"), Gülzar ("Şah İsmayıl"), Şahsənəm ("Şahsənəm"), Cilda ("Riqoletto"), Violetta ("Traviata"), Rozina ("Sevilya bərbəri") və s. yaratmışdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR