Nizami Kino Mərkəzində uşaqlara pulsuz seans

Mədəniyyət və Turizm Baş Idarəsinin "Turizm həftəsi" lahiyəsi çərçivəsində və Nizami Kino Mərkəzinin dəstəyiylə Binədə yerləşən "Ümüd" uşaq sığınacağının sakinlərinə 3D formatında çəkilmiş ABŞ istehsalı olan "Leqo Nindzyaqo" animasiya filmi nümayiş olunub.

Olaylar bildirir ki, Mədəniyyət və Turizm Baş İdarəsinin və Nizami Kino Mərkəzinin əməkdaşları bu nümayişi tam təmənnasız təşkil ediblər.

Balaca qonaqlar adından sığınacağın nümayəndəsi uşaqlar üçün hazırlanmış bu tədbirə görə və həmçinin həftə ərzində uşaqlara mənalı və maraqlı gəzintilər təşkil etdikləri üçün baş idarənin əməkdaşları bölmə müdiri Ülkər Mütəllimova və aparıcı məsləhətçi Gülnar Məlikovaya təşəkkürünü bildirib. Film izləyən uşaqlara popkorn və meyvə şirələri də paylanıb.

Nizami Kino Mərkəzinin rəhbərliyi bu xeyirhaq təşəbbüsdə daima dəstək olduğlarını qeyd edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR