Musiqili Teatr Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında

Sentyabrın 18 - 26 - sı tarixlərində Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Artıq beynəlxalq mədəni arenada da kifayət qədər böyük nüfuza malik olan bu mötəbər tədbir zəngin və rəngarəng reqlamentə malikdir. Azərbaycan Dövlət Musiqili Teatrı da həmişəki kimi bu ildə Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.

Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı festivalda dahi Üzeyir Hacıbəylinin ölməz "O olmasın, bu olsun" və "Arşın mal alan" tamaşalarını nümayiş etdirəcək. "Üzeyir Hacıbəyli Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biridir. Belə şəxsiyyətlər yüz ildən, min ildən bir yaranır. Hal-hazırda cari repertuarımızda Üzeyir bəyin 3 əsəri yer alır. Hər tamaşada zal demək olar ki, dolu olur. Festival tədbirləri çərçivəsində iki gün ard-arda "O olmasın, bu olsun" və "Arşın mal alan" tamaşaları ilə çıxış edəcəyik. Tamaşaları İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs idarə edəcək. Hal-hazırda Bakıda olan Bərdia Kiyarəsin teatrımızda orkestrla, aktyor heyəti ilə məşqləri davam edir", - deyə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayev söyləyib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR