Teatr 108-ci mövsümü “Ər və arvad” tamaşası ilə açılacaq

Musiqili Teatrı yeni 108-ci teatr mövsümünə dahi Üzeyir Hacıbəylinin "Ər və arvad" tamaşası ilə start verəcək. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, mövsümün açılışı 16 sentyabr tarixində saat 19.00-da baş tutacaq.

"Öncə yeni teatr mövsümünün başlanması münasibəti ilə ölkənin teatr ictimaiyyətini və bütün tamaşaçıları təbrik etmək istəyirəm. Qeyd edim ki, teatrımızda hər yeni mövsümün böyük Üzeyir Hacıbəylinin "Ər və arvad" iki hissəli komediyası ilə açılması artıq ənənə halını alıb. Bunun da xüsusi səbəbləri var. Bildiyiniz kimi Musiqili Teatrın əsası 1910-cu ildə məhz bu ölməz səhnə əsəri ilə - "Ər və arvad" tamaşası ilə qoyulub ", - deyə teatrının direktoru, Əməkdar incəsənət xadimi,  dosent Əliqismət Lalayev bildirib.

Qeyd edək ki, tamaşada rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Elxan İsmayılov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa edəcəklər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR