Gənc Tamaşaçılar Teatrı yubiley mövsümündə

Sentyabrın 5 - də Gənc Tamaşaçılar Teatrı özünün 90-cı mövsümünə qədəm qoydu. "Olaylar" bildirir ki, mövsümün açılışı münasibət ilə keçirilən iclasda teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov çıxış edərək kollektivin yeni, yubiley mövsümünü təbrik etdi. Bildirdi ki, 90-cı mövsümdə teatrı böyük yeniliklər gözləyir. Eyni zamanda qarşıda duran vəzifələr haqqında məlumatı diqqətə çatdıran teatrın rəhbəri ilin sonunadək görüləcək işlər haqqında ətraflı məlumat verdi. Direktor    mövsümdə yeni bir beynəlxalq layihənin həyata keçiriləcəyini də xüsusi vurğuladı. Bakı Yunis Əmrə İnstitutu ilə birgə "Koroğlu" dastanının motivləri əsasında hazırlanacaq "Eşqi nigar" tamaşasının premyerası noyabr ayı üçün nəzərdə tutulub. Eyni ayda digər premyera isə C.Sviftin "Qulliver Cırtdanlar ölkəsində" adlı tamaşa olacaq. İlin sonunda isə "Qar kraliçası" adlı tamaşa təhvil veriləcək.

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin hüdudlarından kənarda da yetərincə tanınır və böyük nüfuza malikdir. Bu səbəbdən də il ərzində teatr müxtəlif festivallara və teatr bayramlarına dəvət alır, -deyə Mübariz Həmidov bildirdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR