"Səs" Beynəlxalq Film Festivalında

İran və Azərbaycanın müştərək istehsalı olan "Səs" qısametrajlı bədii filmi Kazan şəhərində keçirilən Beynəlxalq Kino Festivalında iştirak edəcək. "Olaylar" bildirir ki, filmin rejissoru Dariuş Nəcəfi Göl (Ərturan Nəcəfi), Azərbaycan tərəfdən prodüseri Fariz Əhmədovdur.

Fariz Əhmədovun sözlərinə görə, film festivalın qısametrajlı bədii filmlər bölməsində yarışacaq. Bu bölmənin münsiflər heyətinə Əlirza Şahruhi (İran), Yelena Alekseyeva (Rusiya) və Orxan Milli (Türkiyə) daxildir. Festival "mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə" devizi altında keçirilir. Bu ilki festival 61 ölkədən 782 film göndərilib. Bu filmlər içərisindən "Səs" filmi də seçilərək şort-listə düşüb.

Filmin mövzusu belədir: Gecələr ərinin amansız xorultularından yuxuya həsrət qalmış qoca qadın, tədbir qılmağa çalışır. Ancaq istəmədən vəziyyəti daha da pisləşdirir.

Qeyd edək ki, film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən istehsal olunub. Filmin çəkilişləri İranda aparılıb. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni iştirak edirlər. Filmin rejissoru Ərturan Nəcəfi ADMİU-nun məzunudur. O, kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alıb. Sentyabrın 5 - 11 tarixlərində hər il Tatarıstan paytaxtı Kazan şəhərində ənənəvi olaraq keçirilən Kazan Beynəlxalq Müsəlman Kino Festivalında  "Səs" filmi sentyabrın 9-da saat 10.00-da Kazanın "Rodina" kinoteatrında nümayiş olunacaq. Nümayişdə rejissor da iştirak edərək tamaşaçıların suallarını cavablandıracaq

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR