Yuğ Dövlət Teatrının direktoru  Beynəlxalq Teatr Festivalında

Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov İranda keçirilən VI Beynəlxalq Ənənə və Ritual Teatrı adlı Festivalda iştirak etmək üçün hazırda Tehrandadır.Teatrdan "Olaylar" - a bildirilib ki,  Beynəlxalq Teatr Festivalı çərçivəsində keçirilən eyniadlı Seminarda  T.Rəsulov "Ritual tamaşasında spontan ifaçılıq texnikası" adlı məruzə ilə çıxış edib. Festival sentyabrın 6 - dək davam edəcək.

Qeyd edək ki, seminarda Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrindən - Efiopiya, Bolqarıstan, Portuqaliya, Fransa, Malayziya, Belçika, Kanada və İrandan nüfuzlu teatr xadimləri iştirak edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR