"Qırmızı bağ" üç mükafata layiq görüldü

Ssenari müəllifi və rejissoru Mirbala Salimli olan  "Qırmızı bağ" bədii filmi Türkiyənin Trabzon Beynəlxalq Film Festivalında üç "Altın kemaça" mükafatına layiq görülüb. "Olaylar" bildirir ki, aktrisa Gülzar Qurbanova "Ən yaxşı qadın rolu", Maqsud Məmmədov "Ən yaxşı kişi rolu", Taleh Bədiyev filmdə aktyor oyununa görə "Münsiflər heyətinin xüsusi mükafatı" ilə təltif edilib.

Qeyd edək ki, C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında dövlət sifarişi ilə çəkilən "Qırmızı bağ" filmi babaları bəy olan müəllimlərin həyatından bəhs edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR