Lük Bessonun yeni filmi Park Cinemada

Park Cinema kinoteatrlar şəbəkəsində LaseR zalı və VIP Lounge-un təntənəli açılış mərasimi baş tutub. Lazer proyektoru ilə təchiz olunmuş yeni zalda məhşur "Leon", "Beşinci element" və "Lüsi" filmlərinin əfsanəvi rejissoru Lük Bessonun "Valerian və min planetlər şəhəri" adlı fransız fanstastik filmi nümayiş olunub.

Tədbirdə çıxış edən Park Cinemanın Marketinq üzrə direktoru Musa Axundov Park Cinema kinoteatrlar şəbəkəsinin daima ən son texnoloji yenilikləri izlədiyini və onları Azərbaycanda ilk olaraq quraşdırdığını vurğuladı. Musa Axundov Park Cinemanın  kinosevərlərin daha komfortlu şəraitdə film izləyə bilməsi üçüm VIP Lounge yenidən istifadəyə verildiyini qeyd etdi. Daha sonra Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşe çıxış edərək, Lük Bessonun kino sahəsində qazandığı nailiyyətlər haqda danışaraq, Avropanın ən irimiqyaslı blokbasteri olan "Valerian və min planetlər şəhəri" haqda qonaqlara məlumat verdi.

Filmdə baş rollarda Kara Delevin və Deyn DeXaan yer alıblar. Çəkilişlərdə Klayv Ouen, Tan Xouk, Con Qudman və ifaçı Rihanna da iştirak ediblər.

Qeyd edək ki, film ekranlarda 10 avqust tarixndən etibarən ölkəmizdə yalnız Park Cinema Flame Towers-da təqdim olunan eksklüziv IMAX® formatında nümayiş olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR