Teatr Beynəlxalaq Festivalda iştirak edəcək

Akademik Milli Dram Teatrı avqustun 2- dən 8 - dək Bolqarıstanın Varna şəhərində keçiriləcək
 Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi təmsil edəcək. Teatrın mətbuat xidmətindən "Olaylar" - a verilən məlumata görə festivalda rejissor Anar Babalının Əməkdar artist Ayşad Məmmədovun "İuda" monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi təmsil edəcək "İuda" səhnə əsəri avqustun 7-də tamaşaçılara təqdim ediləcək. Mono tamaşada Əməkdar artist Ayşad Məmmədov özü çıxış edəcək.
Tamaşanın rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Firuzə Balayevadır.
Qeyd edək ki, Monotamaşalar Festivalı Bolqarıstanda ənənəvi olaraq keçirilir. Festivala Rusiya, Ukrayna, İsveçrə, Gürcüstan, Kanada və digər ölkələrin təmsilçiləri də qatılacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR